26 Avqust 2019 20:44
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirilyi Azərbaycan Yelkənli İdman Federasiyası və “Zəfər: Şəhid ailərinə dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərin övladları üçün "Yelkənli İdmanın bir günü" əyləncəli - maarifləndirici tədbir təşkil edib.

Teleqraf.com xəbər verir ki, Yelkənli İdman Federasiyasının yay məktəbinin bir günü bu dəfə şəhid övladlarının yelkənli idmanla tanış olması, bu idman növünə maraq və istəyin aşılanması, yelkənli qayıqların idarə edilməsi barədə məlumatların verilməsi ilə yadda qaldı. 16 iştirakçının qatıldığı tədbirdə qonaqlara yelkənli qayıqdan istifadə qaydaları, açıq dənizdə küləklə mübarizə, küləyin istiqamətinin seçilməsi, qayıqların təhlükəsiz idarə edilməsinin sirləri öyrədildi.

Yelkənli İdman Federasiyasının "Laser" və "Optimist" sinifləri üzrə beynəlxalq dərəcəli baş məşqçiləri Seyhun Yıldız və Tuğçə Subaşının təlim-məşqləri iştirakçıların marağına səbəb oldu. Yelkənli İdman Federasiyasının beynəlxalq dərəcəli məşqçilərinin nəzarəti ilə yığma komandanın üzvləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin övladlarının açıq dənizdə təhlükəsiz şəkildə yelkənli qayıqlardan istifadəsini təmin etdilər. Açıq dənizdə yelkənli qayıqlarla gəzinti, eyni zamanda sahildə əyləncəli oyunların təşkili sevinc və rəğbətlə qarşılandı.

Tədbir zamanı iştirakçılara yelkənli idman növü, idmançıların beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, Federasiyanın yığma komandasının ölkədə və xaricdə təlim - məşq düşərgələrində iştirakı, komanda üzvlərinin yüzlərlə dünya şöhrətli peşəkar idmançının qatıldığı yarışlarda ölkəmizi uğurla təmsil etmələri, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da genişləndirilməsi, əldə etdikləri nəaliyyətlər barədə ətraflı məlumat verildi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər