Bakı şəhər Baş Polis İdarəsi icra başçısının oğlunun rəis təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Teleqraf.com-a bildirib ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğlunun Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə rəis müavini vəzifəsinə təyin olunması ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir: “Həmin şöbəyə hər hansı təyinat olmayıb”.