Dünyanın ən bahalı avtomobillərindən biri Bakıdadır.
Bu haqda sosial şəbəkədə "Cars in Baku" səhifəsi paylaşım edib. Bildirilib ki, maşın paytaxtımıza tranzit olaraq gətirilib.
"Rolls-Royce Sweptail" markalı avtomobilin qiyməti 12 milyon 800 min dollardır. Çinli iş adamına məxsus avtomobil hazırda "Baku Cargo Terminal"ında saxlanılır.
Sözügedən maşın iş adamı üçün individual olaraq 1 nüsxədə hazırlanıb. Onun müxtəlif markalı maşınlardan ibarət avtomobil kolleksiyası var./axşam.az/