29 Avqust 2019 01:25
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Nəsimi rayonu, Memar Əcəmi metrostansiyası yaxınlığında avto xuliqanlığın qarşısının alınması məqsədi ilə reyd keçirib.

Axar.az-ın reyddə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, reyd zamanı bir neçə avtoşluq halının qarşısı alınıb və qanunu pozan sürücülər saxlanılaraq, polis bölməsinə aparılıb.

Həmçinin, ərazidəki binaların qarşısında səkilərin üstünün zibillənməsi hallarının qarşısı alınıb, binaların altında yerləşən və sakinlərin narahatlığını pozan kafe sahiblərinə xəbərdarlıq edilib.

Həmçinin, Bakı Şəhər Baş Polis idarəsinin dəvəti ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları Memar Əcəmi metro stansiyası ətrafında yolların rənglənməsini həyata keçirib. Hazırda proflatik tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər