29 Avqust 2019 12:34
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün təmizləyici qurğu istifafə edən obyektlərin adları məlum olub.

Teleqraf.com xəbər verir ki, Xəzər dənizinin Azərbaycan sektorunda şimaldan cənubadək olan sahil zolağı boyunca aparılan monitorinqin nəticələrini Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov açıqlayıb.

"Son monitorinqlərin nəticəsinə görə, dənizin şimal sahilində fəaliyyət göstərən "Təhsil", "Elfaro", "Oberluks", "Palma", "Atlant" və "Liverin", Şıx çimərliyi ərazisində isə "Dostluq", "Ramada" istirahət mərkəzləri təmizləyici qurğular istismar ediblər. Digər obyektlərin hamısının bu gün də Xəzəri çirkləndirməkdə davam etdiyi müəyyən edilib", - deyə nazirlik rəsmisi qeyd edib.

Ə.Həsənovun sözlərinə görə, Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Sahil, Lənkəran və Astara ərazilərində fəaliyyət göstərən bütün ictimai-iaşə obyektləri də tullantı sularını birbaşa olmasa da, dolayı yolla Xəzərə axıtmaqda davam edir:

"Onları primitiv, köhnə üsullardan uzaqlaşıb müasir texnologiyalardan istifadə etməklə fəaliyyət göstərməyə səsləyirik. Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik ki, onlar da bu işdə fəal olsunlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər