3 Sentyabr 2019 11:02
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dünyasını dəyişən 18 yaşadək uşaqların sayı və onların ölüm səbəbləri açıqlanıb.

2018-ci ildə Azərbaycanda 5 yaşadək 1825 uşaq dünyasını dəyişib. 2017-cı ildə ölkədə 2058, 2016-cı ildə 2092, 2015-ci ildə isə 2395 uşaq dünyasını dəyişib.

Ölən uşaqların çoxu oğlanlar olub. Keçən il dünyasını dəyişən uşaqların 1065-i oğlan, 760-ı qız olub.

Ümumilikdə isə 2018-ci ildə yaşı 18-dək olan 2412 uşaq ölüb ki, onların 1433-ü oğlan, 979-u qız olub.

Ötən il dünyasını dəyişən 18 yaşadək uşaqların 1558-i şəhər, 854-ü kənd yerlərinin payına düşüb.

18 yaşadək uşaqların ölümünün əsas səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Bu səbəbdən keçən il 1001 nəfər dünyasını dəyişib.

Sonrakı yerləri sinir və tənəffüs sistemi xəstəlikləri tutur. Ötən il sinir xəstəliklərindən 289, tənəffüs sistemi xəstəliklərindən 215 uşaq dünyasını dəyişib,

2018-ci ildə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 214, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 197 uşaq dünyasını dəyişib./trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər