Sentyabrın 7-də Milli Kitabxananın açıq kitabxanasında şair Ramil Əhmədin “İki şəhərin yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək.
Teleqraf.com xəbər verir ki, “İki şəhərin yazıları” rəssamlıq, kino, roman və poeziya sənətinə dair esselər toplusudur.
Kitaba Ramil Əhmədin Bakını İstanbula, İstanbulu Bakıya aparan yazıları daxil edilib. Bakıdan dünyaya çıxışın, İstanbuldan özünəqayıdışın mədəni, kultroloji, fəlsəfəsi esselərin məna simmetriyasını formalaşdırır.
Təqdimat saat 16:00-da başlayacaq.
Ramil Əhməd Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. 2015-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 2018-ci ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Yeni Türk Ədəbiyyatı ixtisası üzrə magistratura pilləsini bitirib.
Hazırda İstanbul Universitetində doktorantura təhsili alır.