6 Sentyabr 2019 09:05
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gün ərzində 2 stəkan şəkərli və ya dadlı içki içmək erkən ölüm riskini artırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmasında bildirilib.

ÜST-yə bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi tərəfindən aparılan araşdırmada 10 Avropa ölkəsindən 450 mindən çox respondent iştirak edib.

Araşdırma 16 il ərzində ayda 1 stəkandan az qazlı, şəkərli və dadlı içki istehlak edənlərin 9.3 faizinin, gündə 250 millilitr və ya daha çox stəkan içki istehlak edənlərin isə 11.5 faizinin həyatını itirdiyini ortaya çıxarıb.

Sənəddə qeyd edilib ki, gündə 2 stəkan müxtəlif növ içki içənlərdə erkən ölüm riski, ayda bir stəkandan az istehlak edənlərdən 17 faiz daha yüksəkdir.

Nəticələrin həm şəkərli, həm də qazlı, yaxud dadlı içkilərə aid olduğu, bunun da həm qadınlar, həm də kişilər üçün eyni dərəcə risk daşıdığı bildirilib.

Dadlı və enerji içkilərinin həzm sistemini sıradan çıxardığı, bunun da ölüm riski yüksək olan xəstəliklərə yol açdığı diqqətə çatdırılıb. Bu kimi içkilərin eyni zamanda, Parkinsonla yanaşı, ölüm riskinin yüksək olduğu digər xəstəlikləri meydana çıxardığı aşkar olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər