5 Sentyabr 2019 13:42
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikasından olan şagirdlərin Bakı məktəblərinə yerdəyişməsi üçün qeydiyyat problemi yaranıb.

Belə ki, məktəblərə qəbul və yerdəyişmə üçün yaradılan online sistem Muxtar Respublikadan olan şagirdlərin qeydiyyatını apara bilmirdi.

Qeyd edək ki, bu problemə ilk reaksiya Muxtar Respublikanın deputatı Qüdrət Həsənquliyevdən gəlmişdi. Millət vəkili Təhsil naziri Ceyhun Bayramovla əlaqə saxlayıb, məsələnin həllini xahiş etmişdi.

Gununsesi.org- açıqlamasında Qüdrət Həsənquliyev artıq problemin həll edildiyini deyib:

“Mənə bildirdilər ki, məsələ həll olundu. Nazirlikdə xüsusi mərkəz yaradılıb. Naxçıvanın Təhsil Nazirliyi ilə birlikdə problemin həllinə nail olunub. Mən Təhsil naziri Ceyhun Bayramova təşəkkür edirəm ki, müraciətimə operativ yanaşıldı və problem həllini tapdı. Gununsesi.org xəbər saytı da məsələyə diqqətimizi çəkdiyinə görə təşəkkür edirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər