Xarici dietoloqlar arıqlamaq istəyənlərə axşamdan yüngül yeməyi məsləhət görürlər. Bu, diabetli insanlara da xeyir verəcək –protein və yağ az olan qidaların orta miqdarda istehlak edilməsi gecə qanda şəkərin səviyyəsinin sabitləşməsinə kömək edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Food.news” saytında dərc olunan məqalədə bildirilir.
Mütəxəssislər hesab edirlər ki, yatmağa az qalmış qaynadılmış yumurta yeyə bilərsiniz. Kiçik miqdarda badam və yunan qozu, şəkərsiz yoğurd, pomidor, xiyar və yerkökü yemək faydalıdır.
Arıqlamaq istəyənlər şam yeməyindən sonra qəlyanatlı olaraq tərəvəz qarniri ilə kiçik ət tikəsi və ya balıq yeyə bilərlər.
“Gecə qəlyanaltıları zülallı olmalıdır. Sağlam yağlar və məhdud miqdarda karbohidratlar olan yemək yeyə bilərsiniz. Bu cür qidalar gecə saatlarında qanda qlükozanın ayrılmasını məhdudlaşdıra və səhər az miqdarda qlükoza səviyyəsini saxlaya bilər”, – deyə dietoloqlar bildiriblər.