9 Avqust 2019 17:23
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bələdiyyə seçkilərində seçici fəallığının təmin olunması vacib amildir. Aran rayonlarında “Seçicilər arasında maarifləndirmənin təşkili üçün QHT- vətəndaş əməkdaşlığı” adlı layihə də bu məqsədlə keçirilir. «Demokratik İnkişafın Dəstəklənməsi » İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən layihəyə artıq start verilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasını Prezidenti Yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Sabirabad, Saatlı rayonlarını əhatə edən layihənin məqsədi vətəndaşların dekabr ayında keçiriləcək seçkilərdə fəal iştirakını təmin etməkdir. Bu məqsədlə həmin bölgələrdə sorğular, dəyirmi masalar təşkil olunacaq, əhali qrupları ilə görüşlər keçiriləcək.

O cümlədən də yerli bələdiyyə üzvlərinin dəstəyindən istifadə olunacaq. Yerli idarəetmə orqanlarının əhəmiyyətindən bəhs edən buklet vətəndaşlara paylanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər