10 Sentyabr 2019 17:22
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dinə qarşı kor-koranə çıxanlar dini kor-koronə təbliğ edənlər qədər yanlışdırlar, ziyanlıdırlar. Mövhumatı, xurafatı təbliğ etmək, həmçinin, dini siyasiləşdirmək, ondan siyasi məqsədlər üçün istifadə etmək nə qədər zərərlidirsə, dində olan hər şeyi qara rəngdə göstərmək, izah vermədən, isbatlamadan, anlatmadan insanların inancları üzərinə sürəkli yerimək, inancları zor yolu ilə silmək cəhdi də o qədər zərərlidir. Əhalimiz savadlıdır, anlayışlıdır, dərk edəndir, ağı qaradan seçməyi bacarır. Yetər ki, ona düzgün olanı de, səmimi de, anlaşılan dildə de”.

Teleqraf.com xəbər verir ki, bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

O, Aşur günü ilə bağlı məsələyə də toxunub:

“Bu gün Aşura günüdür. Məsciddə axundun Aşura günü ilə bağlı xütbəsini dinlədim. Deyir: “...Harada zülm varsa, orada Yezidin davamçıları var, harada zülmə qarşı çıxanlar varsa, orada İmam Hüseynin davamçıları var. Torpaqlarımız işğal olunub, qız-gəlinlərimiz əsir alınıb, oğullarımız şəhid olub. İlahi, bu zülmü aradan qaldırmaq, haqqımızı bərpa etmək üçün bizə yardımçı ol, zalımları dəf etmək üçün bizə İmam Hüseyn əzmi, qüdrəti, dözümü ver! İlahi, Müstəqilliyimizi əbədi et, ölkəmizdə sabitliyin, əmin –amanlığın, firavanlığın davam etməsinə qərar ver, xalqımızı işğaldan, şərdən, zülmdən hifz et...”.

Məncə, 25 ildə aparılan təbliğatın effektidir. 1000 illər boyunca formalaşmış, daşlaşmış yanlış stereotipləri qırmaq asan deyil, amma mümkündür. Dəyişmə üçün auditoriyanın dünyagörüşü qədər, təbliğat aparanın da keyfiyyəti mühümdür. Bəziləri Kərbəla hadisəsini ideya və əqidə döyüşü kontekstindən çıxarıb hakimiyyət, mülkiyyətin savaşı kimi qələmə verir; bəziləri bunu mövhumatçılıq, xurafatçılıq kimi şərh edir və təbii ki, inanclı insanlarda narazılıq, etiraz doğururlar. Elm adamları isə deyirlər: “Tarixdə Kərbəla hadisəsinə İmam Hüseyn və Yezid arasında döyüş kimi yox, iki iddianın toqquşması kimi baxmaq lazımdır. İmam Hüseyn haqq və ədalətin iddiasında, Yezid zülm və qəsbkarlıq tələbində, İmam Hüseyn haqqın, ədalətin, azadlığın carçısı, Yezid isə batilin, zülmün tərəfdarı idi. Tarix boyu bu iki ideya daim qarşı-qarşıya olub, ədalət zülmə qarşı mübarizə aparıb, zalım da öz zülmündə mübarizəyə müqavimət göstərib” .


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər