Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 5 809 nəfər könüllü olaraq qan verib.
Bu barədə Səhiyyə Nazirliyindən Teleqraf.com-a məlumat verilib.
Nazirlikdən qeyd edilib ki, saat 18:00-a olan məlumata əsasən 5 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 614.1 litr qan tədarük olunub.
Qeyd edək ki, Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.