11 Sentyabr 2019 18:43
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin yeri dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a bildirilib ki, aparılan təhlillər nəticəsində Fətəli xan Xoyski və Koroğlu Rəhimov küçələrinin kəsişməsindəki tunelin çıxışında yerləşən avtobus dayanacağının nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdığı müəyyən edilib. Tunelin çıxışında əsas yolla birləşən hissədə kənar yolun sürətlənmə məsafəsinin az olması isə konfliktlərin yaranmasına səbəb olurdu.

Qeyd edilən problemlərin aradan qaldırılması məqsədilə avtobus dayanacaq məntəqəsi irəli köçürülərək cib tipli təşkil olunub. Nəticədə ərazidə nəqliyyat şəraiti yaxşılaşıb, sərnişinlərin avtobuslardan təhlükəsiz və rahat istifadəsi təmin edilib.

Yaxın vaxtlarda tunelin çıxışında əsas yolla birləşən hissədə - kənar yolda sürətlənmə zolağının məsafəsi də uzadılacaq. Bununla da nəqliyyat vasitələrinin daha rahat və konfliktsiz çıxışı təmin olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər