15 Sentyabr 2014 11:58
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən Payız Akademiyası başa çatıb.

Teleqraf.com-un məlumatına görə, tədbirdə ARGTMŞ-nın 3G strategiyasının “Gənclər təşkilatları institutunun gücləndirilməsi” istiqaməti çərçivəsində təşkil olunub. ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərliyinin iştirakı ilə keçirilən QİDA Payız Akademiyası və internetdən fəal istifadə edən gənclər, gənc jurnalistlər, dizaynerlərin iştirakı ilə keçirilən XƏTDƏ Payız Akademiyasından ibarət olan tədbir ümumilikdə 80 nəfəri əhatə edib.

Akademiya çərçivəsində iştirakçılar “QHT-nin idarə edilməsi”, “layihənin idarə edilməsi” və “internetdən düzgün istifadə” bloklarını əhatə edən 20 mövzunu əhatə edən tədris proqramında iştirak ediblər. Proqramda göstərilən mövzular dövlət, biznes qurumları, mətbuat orqanları və yerli təşkilatları təmsil edən peşəkar ekspertlər tərəfindən müxtəlif praktiki məşğələlərlə tədris olunub. Akademiya çərçivəsində ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərliyi ilə bir sıra mətbuat qurumları arasında görüş təşkil olunub və qarşılıqlı əməkdaşlıq üçün imkanlar yaradılıb.

Akademiya çərçivəsində həmçinin iştirakçılara asudə vaxtlarının səmərəli dəyərləndirilməsi və biliklərinin möhkəmləndirilməsi məqsədi ilə xüsusi mədəni-idman proqramı təqdim olunub. Lənkəran şəhərinin qədim tarixi abidələri və səfalı təbiəti ilə tanış olmaq məqsədi ilə ekskursiya təşkil olunub.
Akademiyanın sonunda tədris proqramında yüksək nəticə göstərən iştirakçılar ARGTMŞ tərəfindən təltif olunub.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər