15 Sentyabr 2019 12:53
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Su Məcəlləsində edilmiş son dəyişiklikləri təsdiq edib.

Teleqraf.com xəbər verir ki, məcəlləyə aşağıdakı dəyişikliklər edilib:

1. 18-ci maddə üzrə:

1.1. birinci hissənin onuncu abzasına "qaydalarını” sözündən sonra ", sudan istifadəyə görə güzəşt və azadolmaları” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Sudan istifadəyə görə güzəşt və azadolmalar yalnız təbii su mənbələrindən aşağıdakı məqsədlərlə götürülən suya görə tətbiq edilir:

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) emal edilməmiş su ilə təmin edilməsi;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən içməli su təchizatı;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.”.

2. 44-cü maddənin birinci hissəsinin yeddinci abzasından "sudan istifadəyə və” sözləri çıxarılsın və həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

"bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, sudan istifadəyə görə haqq ödənilmədikdə;”.

3. 45-ci maddənin birinci hissəsinin doqquzuncu abzasına "sudan istifadə haqqını” sözlərindən əvvəl "bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

4. 80-ci maddə üzrə:

4.1. birinci hissəyə "su obyektlərindən” sözlərindən sonra "tələb olunan həcmdə və ödənişsiz” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Yanğından mühafizə ehtiyacları üçün götürülmüş sudan və bu suyun saxlanıldığı obyektlərdən təyinatdankənar istifadə edilməsi qadağandır.”.

5. 96-cı maddənin birinci hissəsinin ikinci abzasına "sudan” sözündən, üçüncü abzasına "su obyektlərindən” sözlərindən əvvəl "bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

6. 97-ci maddənin birinci hissəsində "Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri "Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla,” sözləri ilə əvəz edilsin.

7. 98-ci maddənin üçüncü hissəsi ləğv edilsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər