Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin tədbirinə qatılmaq üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə gedib.
Teleqraf.com xəbər verir ki, deputatlar “Şərqi Avropa və Orta Asiya təhlükəsizlik sektoruna parlament nəzarəti” mövzusuna həsr olunmuş seminarda iştirak edəcək, fikir mübadiləsində ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.