21 Sentyabr 2019 12:47
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 22-i günün ikinci yarısına qədər Xəzər dənizi akvatoriyasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

Bu barədə Teleqraf.com-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib.

Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.

***

12:34

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) saat 12:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, simal-qərb küləyi Pirallahı, Sumqayıt, Bakıda 20 m/s, Maştağa, Naftalanda 18 m/s, Bayıl yamacında 19 m/s, Neft Daşlarında 16 m/s-dək güclənib.

Netf Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər