15 Sentyabr 2014 17:58
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov” layihəsinin icrasına başlayıb.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, layihədə məqsəd Aran regionunda orta məktəb şagirdləri üçün vətənpərvərlik mövzusunda maarifləndirici xarakterli materialların hazırlanması və təbliğat işinin daha səmərəli qurulması üçün vətənpərvərlik tərbiyəsi işinə dəstək verilməsidir.

Layihə çərçivəsində hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlər, hərbi yönümlü QHT-lər və gənclər təşkilatlarının iştirakı ilə dəyirmi masa keçiriləcək, tədbirdə səslənən təklif və tövsiyələr də nəzərə alınmaqla, Milli Qəhrəman Koroğlu Rəhimovla bağlı buklet hazırlanaraq dərc olunacaq.

BƏXTİYAR


Müəllif: