24 Sentyabr 2019 17:48
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti Adil İsmayılovun bir il müddətinə vəkillik fəaliyyətinin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Adil ismayılovun özü məlumat yayıb.

Qeyd edək ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında Adil İsmayılovun vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırılması barədə qərar qəbul edilimişdi.

Bu qərar intizam icraatı çərçivəsində qəbul edilib.

Adil İsmayılovun cəzalandırılmasına vəkil həmkarı Sahil Quliyevin şikayəti səbəb olmuşdu.

Şikayətdə Adil İsmayılovun sosial şəbəkədə Vəkillər Kollegiyası üzvlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsi qeyd olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər