26 Sentyabr 2019 13:12
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə növbəti Auksion üçün əsərlərin qəbuluna start verilir.

Teleqraf.com xəbər verir ki, auksion Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin patronajlığı altında Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurulmaq, art biznes sahəsində rəqabət qabiliyyətliyinin gücləndirilmək məqsədi ilə həyəta keçirilir.

Tədbirdə əntiq əşyaların, qədimi mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionu nəzərdə tutulur.

Xatırladaq ki, “Auksion Baku”da qeydiyyat iki cür aparılacaq alıcılar və satıcılar. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

Siz auksionda iştirak etmək istəyirsinizsə və öz iştirakınızı aşağıdakı e-mail ünvanlarına e-mail göndərməklə təsdiq etdikdən sonra necə almalı? necə satmalı? necə iştirak etməli? kimi suallara cavablar e-mail ünvanıza göndəriləcəkdir.

Almaq üçün- auction.baku1@gmail.com

Satmaq üçün- auction.baku2@gmail.com

Əlaqə nömrəsi- 077 717 33 37

Ərizə forması

1.Soyadı___________________________________

2.Adı______________________________________

3.Atasının adı_______________________________

4.Təvəllüd__________________________________

5.Maraq göstərdiyi sahə

İncəsənət əsərləri
Qədim mebellər
Əntiq əşyalar
Musiqi alətləri
Saatlar
Zərgərlik məmulatları
Xalça və xalçaçılıq məmulatları
Nadir şərablar

6.İştirak forması

□ açıq □ gizli

7.Əlaqə____________________________________

8.Şəxsiyyət vəsiqəsinin seriyası və fin kodu


Müəllif: Teleqraf.com