26 Sentyabr 2019 18:25
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda UNECKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunlarına həsr olunan tədbir keçirilib.

Teleqraf.com-un xəbərinə görə, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, Azərbaycan iyulun 1-dən 10-dək Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunları ilə bağlı hesabatı bu ilin noyabrında UNESKO-nun Baş Assambleyasına təqdim edəcək.

Ə.Qarayev Təşkilat Komitəsi adından Prezident İlham Əliyevə təşəkkür edib: “Prezident Təşkilat Komitəsinin üzvlərini və tədbirdə fəallıq göstərmiş şəxsləri mükafatlandırıb. Bu sessiyanın Azərbaycan üçün əhəmiyyəti odur ki, Şəki şəhəri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Əgər Birinci Vitse-Prezident Mehriban Əliyeva şəxsən bu işə rəhbərlik etməsəydi, son nəticədə Azərbaycanın Ümumdünya İrs Komitəsinə layiqli faylı təqdim edilməsəydi, bu layihənin gerçəkləşməsi mümkün olmayacaqdı. Hesab edirəm ki, bu, Azərbaycan xalqının ümumi qələbəsi kimi qəbul edilməlidir. Lakin biz dərk etməliyik ki, bu qələbənin arxasında böyük bir əmək, əzmkarlıq, siyasi müdriklik dayanır. Bu, Azərbaycanın qələbəsi ilə yanaşı, həm də onun məsuliyyəti deməkdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da xalqımızı təbrik etdi”.

Nazirin sözlərinə görə, bu komitənin Bakıda keçirilməsini istəməyənlər qüvvələr vardı: "Amma biz buna mane olduq və onun Bakıda keçirilməsinə nail olduq. Ermənistan bütün gücü ilə buna mane olmağa çalışırdı. Ancaq ədalət zəfər çaldı, tədbir Azərbaycanda yüksək səviyyədə keçirildi. Reallıq odur ki, bu gün Youtube-də ən çox baxılanlardan biri sessiyanın açılışında təşkil edilən konsertdir. Azərbaycan müxtəlif televiziya verilişlərində çox müasir, mədəni , tarixi olan ölkə kimi tanıdıldı. Bu da tədbirin əhəmiyyətli tərəflərindən biri idi".

Ə.Qarayev deyib ki, Azərbaycan UNESCO-nun Dünya İrs Siyahısına daxil olan abidələrinə çox həssaslıqla yanaşır: "Bu sessiyaya qədər İçərişəhər, Qobustan və Qız qalası Ümumdünya İrs Siyahısına daxil idi. Sessiyaya gələn qonaqlar da İçərişəhərə necə məsuliyyətlə yanaşdığımızı gördülər. Bu tədbirdə Şəkinin Dünya İrs siyahısına daxil edilməsinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti bir sıra şəxslərin təltif edilməsi haqqında sərəncam verdi. Dünən Azərbaycan Prezidenti mənə zəng edərək Təşkilat Komitəsinin bütün üzvlərinə bir daha təşəkkürünü bildirib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər