Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Baş Nazirin müavini Əli Əhmədov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Ombudsman Elmira Süleymanov və başqaları iştirak edib.
Ə.Qarayev tədbirin əhəmiyyəti barədə danışıb: ''Azərbaycan xalqı tarixində kitab önəmli yer tutub. Ədiblərimizin yazdığı əsərlər əsrlərlə yaşayıb, onların üzərindən yeni əsər, filmlər yaranıb. Biz çalışmalıyıq ki, gənclərimizə kitabı sevdirək. Azərbaycanda 10-la nüfuzlu nəşriyyatlar fəaliyyət göstərir. Azərbaycan bu il Moskvada keçirilən Kitab yarmarkasında Qran pri qazanıb. Azərbaycan kitabı artıq 6-cı dəfə öz qapılarını xarici qonaqlara açıb. Bu sərgidə Azərbaycandan 80, 22 xarici ölkədən isə 40 nəşriyyat iştirak edir. Bu kitab sərgisi Nəsiminin 650 illiyinə həsr edilib. Azərbaycan mədəniyyəti durmadan inkişaf edir. Bu inkişafı fəxrlə gələcəkdə də davam etdirəcəyik''.
Baş Nazirin müavini Əli Əhmədov bildirib ki, bu sərgi kitabın təbliğatı üçün keçirilən əzəmətli tədbirdir: ''Bu gün Azərbaycan böyük intelektual sərvəti olan cəmiyyətdir. Insan kapitalının inkişafını kitabsız təsəvvür etmək mümkün deyil.Bu sərginin Azərbaycanda 6-cı dəfə keçirilməsi ölkəmizin kitaba verdiyi dəyərdir. Sonda hamınızı təbrik edirəm və övladlarınızda kitab sevgisini artırmaq üçün səylərinizi artırmağa dəvət edirəm''.
Daha sonra tədbir iştiralçıları yarçarkada sərgilənən kitablara baxış keçirib.