27 Sentyabr 2019 16:47
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux Rayon Polis Şöbəsinin (RPŞ) rəisinin iki müavini vəzifəsindən azad edilib.

Bu barədə Daxili İşlər naziri, Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumata görə, Samux RPŞ-nın xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Kazım Bayramov və əməliyyat üzrə rəis müavini polis polkovnik-leytenantı Malik Məmmədov tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, rəis müavini vəzifələrinə hələlik yeni təyinat olunmayıb./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər