30 Sentyabr 2019 11:20
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

Dövlət İmtahan Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrin arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib və onların siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər