16 Sentyabr 2014 11:51
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman nazirliyində nazir Azad Rəhimovun rəhbərliyi ilə 28-30 oktyabr 2014-cü il tarixlərdə Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumla bağlı təşkilat komitəsinin iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, iclasda 20-ə yaxın dövlət qurumunun - Prezident yanında Gənclər Fondu, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik, Maliyyə, Xarici İşlər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac), “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğunun rəsmiləri iştirak edib.

Nazir Azad Rəhimov deyib ki, dünyada baş verən siyasi prosseslərdə gənclərin rolu çox böyükdür: “Məhz elə bu səbəbdən gənclər siyasətinə böyük önəm verən BMT Baş katibi Ban Ki Mun ikinci dəfə tutduğu vəzifəyə seçilərkən təqdim etdiyi 5 əsas istiqamətdən birinin gənclər siyasəti ilə bağlı olduğunu bildirib və qurumun nəzdində gənclər siyasəti üzrə xüsusi büronun yaradılması qərarına gəlib.

Qeyd edilib ki, BMT-nin nəzdində yaradılmış Gənclər Siyasəti üzrə xüsusi qurumun elçisi Əhməd Əlhəndavini ölkəmizdə rəsmi səfərdə olub və forum ətrafında geniş müzakirələr aparılıb. Azərbaycan forumun ölkəmizdə keçirilməsi təklifini irəli sürən ilk ölkələrdən biri olub. 2014-cü ilin mart ayında Amerika Birləşmiş Ştatlarına rəsmi səfərim çərçivəsində BMT-də keçirdiyim görüş zamanı Forumun Azərbaycanda keçirilməsi ideyasına dəstək gəlib. Xüsusilə qeyd etməliyəm ki, Bakı şəhərində oktyabr ayında gerçəkləşəcək Gənclər Siyasəti üzrə I Qlobal Forum dünyanın gənclər siyasəti sahəsində yeni model olacaq”.

Qeyd edək ki, foruma 170-dən artıq ölkədən 700-dən artıq iştirakçının qatılacağı gözlənilir. Forumda gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzular diqqət mərkəzində olacaq. Forumda eyni zamanda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur. Forumun 5 əsas tərəfdaşı- Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan Hökumətidir.

Naibə


Müəllif:

Oxşar xəbərlər