16 Sentyabr 2014 13:09
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə bu il iyunun 10-dan 13-dək paytaxtın dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, üzrlü səbəblərə görə qiymətləndirilmədə iştirak edə bilməyən və sosial məzuniyyətdən qayıtmış müəllimlər üçün sentyabrın 20–də sınaq qiymətləndirilməsi keçirilməsi nəzərdə tutulub.

Sınaq qiymətləndirilməsinin keçirilməsi üçün müvafiq tədbirlər görülür.

Qiymətləndirilmənin Bakı şəhərinin 2 məktəbində - 47 və 258 nömrəli orta məktəblərində keçirilməsi nəzərdə tutulub.

SEVİL


Müəllif:

Oxşar xəbərlər