16 Sentyabr 2014 15:42
1 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin beş universiteti ilə “Mövlanə” Mübadilə Proqramı çərçivəsində əməkdaşlığa başlayıb.

AzTU-nun mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, universitetin bir qrup tələbəsi bu il təhsilini Türkiyənin nüfuzlu ali məktəblərində davam etdirəcək.

Türkiyənin ali təhsil qurumları ilə dünyanın digər ölkələrinin ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirən “Mövlanə” Mübadilə Proqramına (Mevlana Değişim Programı) uyğun olaraq AzTU-nun tələbələrinə qardaş ölkədə təhsil almaq imkanı yaradılıb. Eyni zamanda, Türkiyə universitetlərinin tələbə və müəllimləri də bu proqram çərçivəsində ölkəmizdə təhsil almaq və tədris prosesində iştirak etmək hüququ əldə ediblər.

Proqrama qoşulmaq üçün Türkiyənin müvafiq universitetləri ilə müqavilələr imzalanıb.

SEVİL


Müəllif: