8 Oktyabr 2019 17:59
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi İmişli rayonunda naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanan qadının son durumunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, 49 yaşlı qadın sağ kürək nahiyəsinin boşluğa keçməyən kəsilmiş yarası diaqnozu ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Tibbi yardım göstərildikdən sonra səhər saatlarına qədər nəzarətdə saxlanılıb. Qadının vəziyyəti qənaətbəxş olduğundan artıq ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində 1970-ci il təvəllüdlü Ayna Əli qızı Əliyeva yaşadığı mənzildə naməlum maskalı şəxs və ya şəxslərin ona bıçaqla xəsarət yetirməsi nəticəsində sağ kürək nahiyəsinin kəsilmiş yarası ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Faktla bağlı araşdırılma aparılır.


Müəllif: İmamət İsmayılova