10 Oktyabr 2019 11:52
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məndə olan məlumata görə, bu adam ictimaiyyətə yalan danışır.

Teleqraf.com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

R.Rzayev qeyd edib ki, dövlət tərəfindən məcburi köçkünlərin mənzil-məişət şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar göz qabağındadır:

“Yaşar adlı Zəngilan rayonundan olan həmin məcburi köçkünün yalan danışdığı məlum oldu. Onun özünün ailəsinə 3 ortaqlı, digər ailə üzvünə 2 otaqlı mənzil verilib. Düşünürəm, müxalifət ilk növbədə düşünməlidir ki, onların fəaliyyəti nəticəsində 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlar bu gün sadə düşüncə tərzi olan insanları aldadırlar. Nəyinsə müaqabilində cəmiyyətə xoşagəlməz məlumatlar çatdırırlar. Prezident İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra demişdi ki, Azərbaycanda bir çadır şəhərciyi belə qalmayacaq. İndiyədək 300 mindən yuxarı qaçqın və məcburi köçkün mənzilə təmin olunub. İlham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycan güclü dövlətdir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Zəngilan rayonundan olan məcburi köçkünün mənzil hüququnun pozulduğuna dair məlumat yayılıb. Bu məsələ xüsusilə müxalifətin Bakıda keçirdiyi piket zamanı onlar tərəfindən qabardılıb.


Müəllif: Səxavət