10 Oktyabr 2019 12:03
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, bəzi hallarda yataqxanalarda yanğınlara müdaxilələr olur.

Teleqraf.com xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

O, daha sonra deyib:

“Mən demək istəmirəm ki, bu yanğınlar qəsdən, bilərəkdən törədilir. Yəni, ehtiyatsızlıqdan baş verir. Naqillər həssasdır. Amma təbii ki, məcburi köçkünlər də özlərini qorumağı bacarmalıdır. Nəinki məcburi köçkünlər, digər insanlar da özlərini qorumağı bacarmalıdır. Daha da ehtiyatlı olmaq lazımdır. Hər bir yanğınla bağlı ekspertiza təyin olunur və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Bəzi yanğın halları ilə bağlı artıq ekspertizaların rəyləri var”.


Müəllif: Səxavət