10 Oktyabr 2019 20:13
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 18-də energetika naziri Pərviz Şahbazov İmişli şəhərində İmişli və Biləsuvar rayonlarının vətəndaşlarını qəbul edəcək.

Bu barədə Teleqraf.com-a Energetika Nazirliyindən məlumat verilib.

Qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialının inzibati binasında keçiriləcək.

Həmin gün energetika nazirinin müavini Samir Vəliyev Ağdamda Ağdam və Ağcabədi rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Nazir müavini Elnur Soltanov isə Beyləqan şəhərində Beyləqan və Füzuli rayonlarının sakinlərini qəbul edəcək. Qəbul saat 12:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində başlayacaq.

Bildirilib ki, vətəndaşlar Energetika Nazirliyinin elektron poçt ünvanı, telefonları, nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin “Feysbuk” səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.


Müəllif: Səxavət