12 Oktyabr 2019 16:10
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.

Bu barədə Teleqraf.com-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

O bildirib ki, Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10,5-ci kilometrindən 11,5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb:

"Təmir işləri bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur".


Müəllif: Teleqraf.com