14 Oktyabr 2019 22:58
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının bu gün Bakıda keçirilən VII iclasında xarici işlər naziri Abdulaziz Kamilovun başçılığı ilə Özbəkistan nümayəndə heyəti də iştirak edib.

Teleqraf.com Özbəkistan Xarici İşlər Nazirliyininn mətbuat xidmətinə istinadən bu gün əsas diqqət mərkəzində olan özbəkistanlı nazirin iclas zamanı etdiyi çıxışın məğzini təqdim edir.

Nazir çıxışı zamanı Türk Şurası çərçivəsində qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı Özbəkistanın baxışını açıqlayıb:

“Bizim ölkəmiz xüsusilə ticari-iqtisadi, investisiya və turizm sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. 2017-ci ildən bəri Özbəkistanın hər il Türk Şurasına üzv dövlətlərlə ikitərəfli ticarəti ildə orta hesabla 30 faiz artır. Oktyabrın 5-də Daşkənddə türk dünyası nümayəndələrinin iştirakı ilə İşgüzar Şuranın və İnvestisiya Forumunun ilk iclası keçirildi”.

Nazir Xivə şəhərinin 2020-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin mədəni-humanitar sferada əlaqələrin möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət daşıdığını vurğulayıb.


Müəllif: Səxavət