15 Oktyabr 2019 12:43
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azercell Telekom MMC, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ümüdlü Gələcək təşkilatlarının dəstəyilə intiharların profilaktikasına həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, “Psixi sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar” mövzusuna həsr edilən toplantıda azərbaycanlı mütəxəssislər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadır Zeynalov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, ÜST-nin Azərbaycan üzrə rəhbəri Hande Hermançı, UNİCEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli qonaqları salamlayaraq bildirib ki, dünyada hər 40 saniyədə bir nəfər öz həyatına son qoyur: "Bu gün tədbirin məqsədi intiharların qarşısının alınmasıdır. Hər il dünyada 40 milyon insan intihar edir.

Azərbaycan digərləri ilə müqayisədə intihar sayı az olan ölkə sayılsa da, təəssüf ki, ölkəmiz də bu sıradadır. İntihara səbəb olan amillərin müəyyənləşməsi bu halların qarşısını almaqda yardımçı vasitə ola bilər".

Professor bildirib ki, araşdırmalara görə, intihara səbəb olan amilərdən 25 faizi QİÇS xəstəliyi ilə bağlıdır: "Digər faizlər isə başqa səbəblərdən - iş həyatındakı gərginlik, ailə məişət zəminindəki münasibətlər və sair sosial məsələlərdən asılıdır. Uşaq və yeniyetmələrin fiziki sağlamlığı, iş yerlərində sağlam psixoloji mühitin yaradılması çox mühümdür. Bu sahədə boşluqların erkən aşkarlanması problemin aradan qaldırılmasına şərait yarada bilər. Son illər ölkəmiz bu mənada müəyyən tədbirlər görülüb".

Professor Gəray Gəraybəyli intihar səbəblərinin müxtəlif olduğunu, bu sahədə əsas diqqətin intihar hallarının profilaktikasına, o cümlədən, intihar halları amillərinin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına yönəldilməli olduğunu deyib. Rektor həmçinin, bu kimi halların aradan qaldırılması üçün bütün müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, vətəndaşlar, biznes qurumlarının öz fəaliyyətləri çərçivəsində əməkdaşlarının və əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə diqqət yetirməyə çalışmalı olduğunu söyləyib.

Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynallının sözlərinə görə, insan sağlamlığı, xüsusilə mental sağlamlıq çox önəmlidir: "Psixi sağlamlıq insanın bütün həyatına təsir göstərir. Bu sağlamlığın qorunması əsasdır. Nəticə etibarilə bu məsələ hər kəsin üzərinə böyük məsuliyyət qoyur".

İctimai Səhiyyə və İslahatlar Komitəsinin direktoru Qəhrəman Haqverdiyev deyib ki, uşaqların valideyn münaqişələrinə şahid olması, internetə aludəçilik psixi sağlamliğa təsir edən amillərdəndir:
"Ölkəmizdə aparılan "Steps" sorğusu əhalinin ümumi saglamlıq durumunun araşdırılması baxımından çox mühüm addım oldu. Son 12 ay ərzində intihara təşəbbüs göstərən qadınların sayında azalma müşahidə olunur. Respodentlerin təxminən 10 faizi intihara təşəbbus göstəribr".

UNİCEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin bildirib ki, dünyada təxminən hər il 60 -70 min yeniyetmə intihar edərək dünyasını dəyişir:

"Hətta daha artıq sayda yeniyetmə intihara cəhd edir. Gənclər arasında intihara daha çox rast gəlinir. Onlar arasında öz-özünə xəsarət yetirmə amilləri mühüm yer tutur. Düşünürəm ki, bu məsələnin həll yolu 4 istiqamətdə aparılmalıdır.

Birincisi, sosial şəbəkələr vasitəsilə uşaq və gənclər arasında sorğu aparılmalıdır. Çünki onlar fikirlərini sosial mediada açıqlayırlar. İkincisi, əldə edilmiş bu məlumatlarin əsasında protokollar hazırlanmalı, fərdi planlara əsaslanan sistemli planlasmalar tərtib edilməlidir. Üçüncüsü, məktəb çərçivəsində psixi sağlamlığa dəstək proqramları, dərslər tədris edilə bilər. Dördüncüsü, nəzərə alsaq ki, psixi sağlamlıq bir sektorla məhdudlaşan deyil, buna görə də nazirlik çərçivəsində araşdırma qrupu yaradılmalı və birgə tədbirlər həyata keçirilməlidir".

Psixiatr Ertugrul Koroğlu çıxışında bildirib ki, son əlli ildə dunyada intihar proqramlari yüzdə 60 faiz artıb: "Bu, çox ciddi məsələdir. Bu məsələdə Azərbaycan o qədər də kritik vəziyyətdə deyil. Siyahıda sonuncu yerdə Azərbaycandır. Bu sizin ölkəniz üçün yaxsi nəticədir. Əfsuslar olsun ki, qadin intiharlarinda artım var. Türkiyədə Azərbaycabla müqayisədə intihar sahəsində çox irəliləyib. Biz də bunun qarşısini almağa çalışırıq".

Toplantıda müxtəlif sessiyalar keçirilib. “Azərbaycanda Psixi sağlamlıq xidmətləri", "Uşaq Qaynar Xəttləri və uşaqlar arasında intihar hallarının önlənməsi", "Psixi sağlamlığın mühafizəsində innovativ yanaşmalar və informasiya texnologiyaları: beynəlxalq təcrübə", “Qadınlarda intihar”, “Qanunla ziddiyyətdə olan və zorakılığa məruz qalmış uşaq və yeniyetmələrin psixi sağlamlığı", “Azərbaycan və Avropa İttifaqı ölkələrində stasionar psixiatriya yardımının müqayisəli təhlili”, “Bir ailənin faciəsi və onun yeniyetmələrin psixi vəziyyətinə təsiri” və digər maraqlı mövzular elmi məruzələr səsləndirilib.

Qeyd edək ki, 10 oktyabr bütün dünyada Psixi Sağlamlıq Günü kimi qeyd olunur. Hər il Ümumdünya Psixi Sağlamlıq Federasiyası Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə günün mövzusunu təyin edirlər. Bu il Ümumdünya Psixi Sağlamlıq Gününün əsas məqsədi və şüarı intihar hallarının qarşısının alınmasıdır.


Müəllif: İmamət İsmayılova