15 Oktyabr 13:15

“Daxilən özümü 60 yaşda hiss eləmirəm. Heç zahirən də 60 yaşda görünmürəm. Metroda, avtobusda məni yaşlı zənn edib yer verən də olmayıb”.

Bu sözləri Teleqraf.com-a bu gün 60 yaşı tamam olan şair-publisist Murad Köhnəqala deyib.

Şairin sözlərinə görə, səhərdən müxtəlif insanlardan təbrik mesajları və zəngləri alır: “Axşam yaxın insanlarla, dostlarla yığışıb yubiley yaşımı qeyd edəcəyik”.

Murad Köhnəqala 1959-cu ildə Tovuzun Köhnəqala kəndində anadan olub.
1985-1990-cı illərdə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. 1991-92-ci illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində elmi redaktor vəzifəsində çalışıb. ‘‘Yol‘‘ qəzetinin təsis etdiyi ‘‘Altun Ay‘‘ mükafatına layiq görülüb.

Avrasiya Mətbuat fondunda əlaqəçi jurnalist kimi fəaliyyət göstərib. Dövrü mətbuatda köşələri ilə çıxış edib.


Müəllif: Dəniz Pənahova