15 Oktyabr 16:07

Oktyabrın 22-dən 27-dək Rusiyanın paytaxtında “Moskva forumu” XVI beynəlxalq müasir musiqi festivalı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, konsertin proqramına bəstəkar, Azərbaycanın Xalq artisti, professor Fərəc Qarayevin “Xütbə, muğam və surə” əsəri də daxil edilib. Bu əsər oktyabrın 26-da P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Raxmaninov zalında “Yeni musiqi studiyası” ansamblı tərəfindən təqdim olunacaq.

Tarda Azərbaycanın Əməkdar artisti Sahib Paşazadə çıxış edəcək. Dirijor Sergey Akimovdur.


Müəllif: Dəniz Pənahova