16 Oktyabr 2019 09:05
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il üzrə Buker mükafatını iki qadın yazıçı – Marqarit Etvud və Bernardin Evaristo qazandı.

Marqarit Etvud bu mükafatı ikinci dəfə alır. O, 79-yaşında Buker mükafatı qazanmış ən yaşlı yazıçıdır. Həm də femisitdir. Evaristo isə bu mükafatı alan ilk qaradərili ingilis yazıçı oldu. Müsabiqənin qısa siyahısında türk yazıçı Əlif Şəfəqin ‘‘On dəqiqə otuz səkkiz saniyə‘‘ adlı kitabı da yer alırdı.

Mükafatlar təqdim olunmamışdan öncə pərdə arxasında qalmaqallar olub. Çünki mükafat həmişə bir yazıçıya verilirdi. Münsiflər heyəti bu dəfə fərqli qərar qəbul etdi, bəlli qaydanı kənara qoyaraq mükafatı iki yazıçı arasında bölüşdürdü.

Münsiflərin rəhbəri olan Peter Florens belə bir qaydadan xəbərsiz olduğunu bildirdi. Bukerin ədəbiyyat üzrə direktoru Qabi Vud bu hadisədən əsəbiləşmişdi deyə media qarşısında qəribə şəkildə mətbuat konfransı keçirdi. Qabi açıqlamasında vurğuladı ki, münsiflər heyəti qaydaları tapdaladı, onlara ev sahibliyi etməyə imkan vermədi. Buna baxmayaraq münsiflər heyətinin seçimi dəyişməz qaldı.

Bu hadisə 1976-cı ildən bəri Bukerin başına gələn ən qəribə hadisə kimi tarixə düşdü.

Peter Florens onu da qeyd etdi ki, qalib olan yazıçıların hər ikisinin əsəri münsiflər heyəti tərəfindən çox bəyənilib.

Mükafatın qalibləri haqqında məlumatı təqdim edirik.

Bernardin Evaristo 1959-cu ildə Londonun cənub-şərqində, Eltamda anadan olub. O, Volviçdə böyüyüb. Evaristo 8 uşağn dördüncüsüdü. Onun nigeriyalı atası 1949-cu ildə Britaniyaya köçüb. Anası isə ingilisdir, məktəbdə müəllim işləyib.

Evaristo Qrinviç Qızlar məktəbində, kollecdə oxuyub, doktorluq dərəcəsini isə London Universitetində alıb. Yaradıcılığına qısa bədii ədəbiyyat nümunələri, dram, poeziya, esse, ədəbi tənqid, səhnə və radio üçün layihələr daxildir.

Hazırda Londonun Brunel Universitetinin professoru və Royal Ədəbiyyat Cəmiyyətinin sədr müavini kimi fəaliyyət göstərir.

O, 2012-ci ildə Brunel Beynəlxalq Afrika Poeziya mükafatını təsis edib. 1995-ci ildə Londonda yazıçıların inkişaf agentliyi olan ‘‘Spread and World’’ şirkətini qurur. 1980-ci ildə İngiltərədə qaradərili qadınlardan ibarət ilk teatr yaradır. Teatr ‘‘Qara Qadın Teatrı‘‘ adlanırdı.

Ona Buker mükafatını qazandıran ən son yazdığı “Qız, qadın və başqaları” (‘‘Girl, Woman, Other’’) romanı olur.

Onun 2014-cü ildə yazdığı “Cənab aşiq” (‘‘Mr Loverman‘‘) romanı 50 illik evliliyi olan gizli homoseksualın seçimlərini yenidən nəzərdən keçirməsindən bəhs edir. Bu əsər ona müxtəlif mükafatlar qazandırır.

Yazıçının “Sarışın köklər” (‘‘Blonde Roots‘‘) adlı romanı isə qul ticarətinin tarixini dəyişərək afrikalıların avropalıları əsarət altına almasından bəhs edən satirik əsərdir. Bu roman da yazıçıya mükafat gətirdi.

Kanada yazıçısı olan Marqaret Etvud 1939-cu ildə Ontario əyalətinin Ottava şəhərində anadan olub. 11 yaşından internat tipli məktəbə göndərilən Marqaret liseydə olarkən Edqar Allan Ponun yaradıcılığından ilhamlanaraq ilk şeirlərini yazır.

16 yaşından ciddi şəkildə ədəbiyyatla məşğul olmağa başlayan Marqaret yazıçı olmağı qarşıya məqsəd qoyur və cəmi altı il sonra ilk şeirlər kitabı nəşr etdirir. Şairə ikinci şeirlər kitabı “The Circle Game”(“Dairə oyunu”) ilə Kanadanın nüfuzlu ədəbi mükafatına layiq görülür. Həmin mükafatdan sonra Etvud Kanada ədəbiyyatının tanınmış fiqurlarından birinə çevrilir.

Ötən il “Nobel” ədəbiyyat mükafatına namizəd göstərilən, həmkarı, həmcinsi və hərmyerlisi Elis Munronun ən ciddi rəqibi hesab olunan Etvud 19 şeirlər toplusunun müəllifidir.

Yazıçının onlarla romanı ona böyük ədəbi nüfuz qazanıb.


Müəllif: Dəniz Pənahova