15 Oktyabr 2019 23:57
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 16-da 09:00-dan Qaz İxrac İdarəsi “Sulutəpə” Qazpaylayıcı Stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparmağı planlaşdırır.

Bu müddət ərzində Binəqədi rayonunun Biləcəri, Xocasən qəsəbələrində, Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilə yaranacaq.

Bundan başqa, saat 10:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Pirşağı, Nardaran, Bilgəh qəsəbələri və 2-ci sovxoz yaşayış massivində də qaz təchizatında müvəqqəti dayandırmalar olacaq. Həmin vaxt diametri 530 millimetr olan "Digah-Bilgəh" orta təzyiqli qaz xəttinin bir hissəsi diametri 500 millimetrlik polietilen boru kəməri ilə əvəz olunacaq.


Müəllif: Teleqraf.com