15 Oktyabr 2019 18:01
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Elektron xidmətlər mədəniyyətinin Azərbaycan modelinin təbliği ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində Yasamal rayonu ərazisinə yerləşən 53 saylı tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri üçün seminar-treninq keçirib.

Məqsəd Azərbaycanda elektron xidmətlər mədəniyyəti və İKT təhsilini müzakirə etmək, E-hökumətə keçid, İnternetin mənfi və müsbət cəhətləri barədə vətəndaşları maarifləndirməkdir.

Seminarı giriş sözü ilə məktəbin direktor müavini Lalə Nəsirova açaraq, tədbirin əhəmiyyətini vurğulamış və seminar aparıcılarını təqdim edib. Lalə xanım ilk olaraq sözü fəlsəfə doktoru Hüseyn İbrahimova verib. Mühazirəçi “İnformasiya-kommunikasiya texnologiyaları və gənclik” mövzusunda ətraflı çıxış edib.

Daha sonra çıxış edən professor Rəna Mirzəzadə “Yeni texnologiyaların və İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir” mövzusunda çıxış edib.

Tədbir müzakirələrlə davam etdirilib.


Müəllif: Teleqraf.com