16 Oktyabr 2019 10:48
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Xəzər Texniki Konfransı öz işinə başlayıb.

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov konfransda bildirib ki, neftin kəşfiyyatı və hasilatı rəqəmsal texnologiya transformasiyası olmadan çətinləşir.

Vitse-prezident əlavə edib ki, SOCAR operativ əməliyyatlar üzrə uğurlu layihələrə imza atıb. Layihələrin operativ şəkildə həyata keçirilməsi şirkətin vəziyyətini bazara uyğunlaşdırıb.

Qeyd edək ki, konfrans oktyabrın 18-nə kimi davam edəcək./trend/


Müəllif: Teleqraf.com