16 Oktyabr 2019 15:49
310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Şurası Katibliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Türk Şurasının 10 illiyi münasibətiilə “Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illiyi” adlı birgə kitab buraxıb.

Məhdud sayda və ingilis dilində buraxılmış kitabda Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin, Azərbaycan Prezidenti İlham Əliyevin, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Macarıstanın Baş naziri Viktor Orbanın məqalələri yer alıb. Həmçinin, kitabda Türk Şurasının baş katibi Bağdad Amreyevin, Türk Şurasının digər institutlarının və üzv ölkələrin beyin mərkəzlərinin rəhbərlərinin, o cümlədən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin məqaləsi dərc olunub.

Kitab oktyabrın 14-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının VII iclası və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində üzv ölkələrin xarici işlər nazirlərinə, dövlət başçılarına və nümayəndə heyətinin digər üzvlərinə təqdim olunub.

Kitabın redaktorları Türk Şurasının layihə direktoru Ceyhun Şahverdiyev və BMTM-in şöbə müdiri Cavid Vəliyevdir.


Müəllif: Səxavət