16 Oktyabr 2019 16:15
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Teleqraf.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Arif Məşədiyev İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi təyin edilib.

O, bundan əvvəl Qobustan rayon polis şöbəsinin DYP bölməsinin rəisi işləyib.


Müəllif: Teleqraf.com