16 Oktyabr 2019 17:35
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, fərmana əsasən Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb, onun Əsasnaməsi təsdiq edilib.

Sərəncamda həmçinin deyilir ki, “Bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 17 yanvar 2019-cu il tarixli fərmanının 1-ci hissəsi ilə Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar yeni qurum vasitəsilə həyata keçirilsin.


Müəllif: Teleqraf.com