17 Oktyabr 2019 11:46
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər bir dövlət üçün prioritet məsələ ali təhsilin əlçatanlığıdır. Ali təhsil müəssisələrinə dövlət hesabına təqdim edilən yerlərin sayında bu il 66 faiz artım olub".

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2019-cu ildə dövlət hesabına ali təhsil alanların sayı 20 min 500-ə çatıb. Tələbələrin təqaüdü 20 faiz arıtırılıb ki, bu da 110 000 tələbəni əhatə edir: "Həmçinin, bu il daha 16 min tələbə təqaüd almaq hüququ qazanıb. Təqaüdlər müasir beynəlxalq sistemə əsasən rəqabətlilik prinsipi ilə verilir. Bu da tələbələrin təhsilinə müsbət təsir edən amildir".


Müəllif: Teleqraf.com