17 Oktyabr 2019 13:10
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə səfirliyinin mətbuat müşaviri Həmid Qaradəniz sosial mediadakı hesabı üzərindən vida mesajı yayımlayıb.

Teleqraf.com xəbər verir ki, H.Qaradəniz vida mesajında Bakıdakı mətbuat müşavirliyi vəzifəsini tamamladığını bildirib. Qeyd edib ki, 6 ildir icra etdiyi bu vəzifəyə son verib Ankarada davam edəcək:

“Hər şeyin bir başlanğıcı və bir sonu var. Zamanım bir qədər az olduğu üçün xoş məramınıza sığınaraq sosial media üzərindən də olsa halallaşmaq istədim. Könül istərdi ki, hər birinizi, ev və iş yerlərinizi ziyarət edib vidalaşım, fəqət vaxtın qısa olduğundan buradan hamınızı sevgi, sayğı və məhəbbətlə salamlayır, hər birinizdən haqqınızı halal etməyinizi xahiş edirəm. Haqqım varsa, mən hər birinizə ayrı-ayrılıqda halal edirəm”.

Qeyd edək ki, H.Qaradəniz 2013-cü ilin yayından Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri vəzifəsində çalışırdı. O, fəaliyyətinin ilk dövründən etibarən Azərbaycan mediası ilə faydalı, sıx əməkdaşlıq əlaqələri qura bilib.

Artıq səfirliyə yeni mətbuat müşaviri təyin olunub. Belə ki, oktyabrın 11-dən etibarən səfirliyin yeni mətbuat müşaviri Hüseyin Altınalan rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. H.Altınalan bundan öncə Türkiyənin “Anadolu” Agentliyinin İstanbul bölgə müdiri vəzifəsində çalışıb.


Müəllif: Səxavət