17 Oktyabr 2019 12:54
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Teleqraf.com-un məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, M.Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə hələ ki, təyinat olunmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Qeyd edək ki, M.Təhməzov Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə 2012-ci ildə təyin edilib.


Müəllif: Teleqraf.com