Nazirlər Kabineti "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"da dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
Nazirlər Kabinetindən Teleqraf.com-a bildiriblər ki, hökumətin qərarına əsasən, "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"ın 9-cu hissəsindən "kənd ərazilərində və" sözləri çıxarılıb və həmin hissəyə "divar hündürlüyünün 0,4 hissəsi" sözlərindən sonra "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi" sözləri əlavə edilib.
Qeyd edək ki, bundan əvvəl qaydalara görə, ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunurdu.