18 Oktyabr 2019 00:57
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda itkin düşən qadın Bakıda tapılıb.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini, ruhi xəstə Bayramova Qələmkar Məhəmməd qızı bu il sentyabrın 12-də yaşadığı evdən çıxaraq itkin düşüb.

Qadın oktyabrın 14-də Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki Bakı Beynəlxalq Avtovağzalından oğlu Bayramov Məhəmməd Yasin oğlu tərəfindən tapılıb.

Qadın hazırda ev şəraitində müalicə olunur.


Müəllif: Teleqraf.com