18 Oktyabr 2019 08:05
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Elektron xidmətlər mədəniyyətinin Azərbaycan modelinin təbliği ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində 17 oktyabr 2019 il tarixində sonuncu tədbirini keçirib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayonu ərazisinə yerləşən 20 saylı tam orta məktəb-liseyin müəllim və yuxarı sinif şagirdləri üçün keçirilən seminar – treninqdə məqsəd Azərbaycanda elektron xidmətlər mədəniyyəti və İKT təhsilini müzakirə etmək, E-hökumətə keçid, İnternetin mənfi və müsbət cəhətləri barədə vətəndaşları maarifləndirməkdir.

Seminarı giriş sözü ilə məktəbin direktor müavini Sevinc Mustafayeva açaraq tədbirin əhəmiyyətindən danışıb.

Fəlsəfə doktoru Hüseyn İbrahimova “İnformasiya-kommunikasiya texnologiyaları və gənclik” mövzusunda çıxış edib.

Professor Rəna Mirzəzadə “Yeni texnologiyaların və İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir” mövzusunda çıxış edib.

Yekunda Sevinc Mustafayeva layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə, ictimai təşkilatın nümayəndələrinə öz təşəkkürünü bildirib.


Müəllif: Teleqraf.com